The Beatles üzvlərinin oğulları birlikdə mahnı oxudular
A
A
Əfsanəvi The Beatles qrupunun üzvlərinin övladları – Con Lennonun oğlu Şon Ono Lennon, Pol Makkartninin oğlu Ceyms Makkartni və Rinqo Starrın oğlu Zak Starki ilk dəfə eyni musiqi layihəsində birləşiblər.
Globalart.az saytı xəbər verir ki, Onlar “Rip-Off” adlı mahnıda birlikdə çalışırlar. Fərqli dövrlərdə dünya musiqisinə damğa vurmuş atalarının yolunu davam etdirən bu üçlük, bu dəfə öz imzaları ilə səhnəyə çıxıb.
Mahnı Zak Starkinin də üzvü olduğu “Mantra of the Cosmos” adlı musiqi qrupu tərəfindən hazırlanıb. Parçanın bir hissəsi Zak Starkinin sosial media hesabında paylaşılaraq böyük maraq doğurub.
Globalart.az
