• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

“Trendyol” şirkəti ilə elektron ticarət sahəsində mövcud çağırış və tendensiyalara dair fikir mübadiləsi aparılıb

Fevral 5, 2026
A A

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin (AİBNDA) sədri Elnur Bağırov “Trendyol” şirkətinin Rəqabət departamentinin müdiri Hatice Yavuz ilə görüşüb.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, görüşdə elektron ticarət sahəsində mövcud çağırış və tendensiyalara dair fikir mübadiləsi aparılıb, istehlak bazarına paralel olaraq rəqəmsal mühitdə də istehlakçı hüquqlarının qorunmasının vacibliyi vurğulanıb.

Görüş çərçivəsində elektron ticarət sahəsində mövcud vəziyyət və inkişaf tendensiyaları, rəqəmsal məkanda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin üstünlükləri, “Trendyol” kimi institusional oyunçuların elektron ticarətin genişlənməsi və istehlakçı hüquqlarının qorunmasında roluna dair fikir mübadiləsi aparılıb.

Tərəflər arasında aparılan müzakirələrdə rəqəmsal ticarətin inkişafını səciyyələndirən amillər və bu sahənin istehlakçılar üçün artan rolu da diqqətə çatdırılıb. Qeyd olunub ki, onlayn ticarət istehlakçıların seçim hüququnun təmin olunmasına şərait yaradır və elektron ticarətin subyektləri üçün əlçatanlığı artırır.

Görüşdə, həmçinin agentlik tərəfindən istehlak bazarında və onlayn ticarətdə rəqabət mühitinin qorunması, bazar iştirakçıları arasında hüquqi məlumatlılığın artırılması və qanunvericiliyin tələblərinə uyğun fəaliyyətin təşviqi istiqamətində müntəzəm həyata keçirilən tədbirlər barədə məlumat verilib, elektron ticarətin rəqəmsal iqtisadiyyatın inkişafına verdiyi töhfələrdən bəhs olunub.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.