Türkiyədə uşaqlara bu qadağa edildi
Türkiyədə 15 yaşdan aşağı şəxslərin sosial media və onlayn oyun platformalarına çıxışı məhdudlaşdırılacaq.
Globalart.az xəbər verir ki, Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşın yerli televiziya kanalında səsləndirib.
Nazirin sözlərinə əsasən, yeni sistemdə sosial şəbəkələrə giriş zamanı istifadəçilər şəxsiyyət vəsiqəsi məlumatlarını daxil etməli və bu məlumatlar yoxlanılacaq.
O qeyd edib ki, əsas məqsəd uşaqların və yeniyetmələrin kommersiya maraqları naminə istismarının qarşısını almaqdır. Nazir vurğulayıb ki, internetdən həddindən artıq istifadə məktəblilərdə asılılıq yaradır, bu da təhsil göstəricilərinə mənfi təsir edir, sosial şəbəkələr isə çox vaxt uşaqlar üçün psixoloji gərginlik mənbəyinə çevrilir.
Bildirilib ki, sözügedən məhdudiyyətlərin 2026-cı ilin yanvar ayının sonundan etibarən tətbiqi nəzərdə tutulur.