• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Türkiyənin Ali Təhsil Şurasının sədri Qarabağ Universitetində olub

Oktyabr 22, 2025
A A

Oktyabrın 21-də elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarın başçılıq etdiyi nümayəndə heyəti Qarabağ Universitetində olub.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti universitetin yeni tədris korpusunda aparılan tikinti-quruculuq işləri, Qarabağ Universitetinin Klinikası və tələbə yataqxanasında yaradılan şəraitlə tanış olub. Qonaqlara auditoriyalar, laboratoriyalar və kitabxana nümayiş etdirilib, tədris və elmi mühitin formalaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib.

Daha sonra Qarabağ Universitetinin tələbələri ilə görüş keçirilib. Görüşdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev universitetin qısa müddətdə əldə etdiyi uğurlardan, tələbələr üçün yaradılan müasir təhsil imkanlarından və qarşıya qoyulan əsas hədəflərdən danışıb. Nazir vurğulayıb ki, Qarabağ Universiteti regionun intellektual və elmi potensialının inkişafında mühüm rol oynayacaq.

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar çıxışında Azərbaycan və Türkiyə arasında təhsil əməkdaşlığının gücləndirilməsinin vacibliyini qeyd edib, birgə layihələr və Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti barədə məlumat verib. O, həmçinin Qarabağ Universiteti ilə Türkiyənin ali təhsil müəssisələri arasında gələcək əməkdaşlıq və akademik mübadilələrin əhəmiyyətini vurğulayıb.

Tədbir Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələrinin ifasında təqdim olunan konsert proqramı ilə yekunlaşıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.