Türkiyənin və Gürcüstanın daxili işlər nazirləri təyyarə qəzasını müzakirə ediblər
A
A
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya gürcüstanlı həmkarı Geka Geladze ilə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” hərbi nəqliyyat təyyarəsinin qəzaya uğramasını müzakirə ediblər.
Türkiyə Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, G.Geladze türk xalqına başsağlığı verib və axtarış-xilasetmə əməliyyatı bölgəsinə getdiyini deyib.
Türkiyə Prezident Administrasiyası media orqanlarını hadisəni işıqlandırarkən yalnız ölkənin rəsmi strukturlarının məlumatlarına əsaslanmağa çağırıb.
Globalart.az