• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Türkmənistan Mədəniyyəti Günləri çərçivəsində “Türkmən milli irsinin dayağı – Arxadağ” adlı sərgi açılıb

Oktyabr 15, 2025
A A

13-15 oktyabr tarixlərində Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçirilir.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən mədəniyyət günlərinin zəngin proqramı var. Globalart.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Oktyabrın 13-də Heydər Əliyev Mərkəzində “Türkmən milli irsinin dayağı – Arxadağ” adlı sərginin açılışı olub.
Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, millət vəkilləri, diplomatik korpusun nümayəndələri, iki ölkənin mədəniyyət, elm xadimləri və digər qonaqlar iştirak ediblər.
Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafından danışıblar. Türkmənistan Mədəniyyəti Günlərinin iki ölkə arasında mədəni münasibətlərin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.
Sonra sərgi ilə tanışlıq olub. Məlumat verilib ki, sərgidə türkmən xalqının kişi və qadın milli geyimləri, xalça, palaz kimi toxuculuq və dekorativ-tətbiqi sənət nümunələri təqdim olunur. Ekspozisiyada həmçinin qardaş xalqın tarixi şəxsiyyətlərinin, eləcə də qədim mədəniyyət abidələri və müasir inkişafını əks etdirən fotolar nümayiş etdirilir.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.