• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Türkmənistan Mədəniyyəti Günləri möhtəşəm konsert proqramı ilə açılıb

Oktyabr 15, 2025
A A

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə Türkmənistan Mədəniyyəti Günləri keçirilir.Oktyabrın 13-də Heydər Əliyev Mərkəzində mədəniyyət günlərinin açılışı münasibətilə möhtəşəm konsert proqramı təqdim olunub. Globalart.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki,Konserti Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, digər rəsmilər, millət vəkilləri, diplomatik korpusun təmsilçiləri, iki ölkənin mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri izləyiblər.
Əvvəlcə gecənin aparıcıları Azərbaycan ilə Türkmənistanı qədim tarix və ortaq mədəni-mənəvi dəyərlərin birləşdirdiyini vurğulayıblar.
İki ölkə liderlərinin müdrik siyasəti nəticəsində qardaş respublikalarımız arasında bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi diqqətə çatdırılıb.
Sonra səhnə qardaş ölkədən gəlmiş incəsənət nümayəndələrinin ixtiyarına verilib. Türkmənistanın tanınmış ifaçı və kollektivləri bir-birindən maraqlı musiqi və rəqs nömrələri, aşıq (baxşı) havaları ilə tamaşaçıların könlünü oxşayıblar.
Proqramda bu il 140 illiyi dövlət səviyyəsində qeyd olunan, bir əsrdən çoxdur əbədiyaşar əsərləri ilə Mərkəzi Asiyanın dost ölkələrində, o cümlədən Türkmənistanda geniş şöhrət qazanmış dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığına da yer verilib.
Konsert qardaş xalqlarımızın birlik və bərabərliyinə sənət töhfəsi kimi qəbul olunub, alqışlarla qarşılanıb.
Bildirək ki, maraqlı proqramı olan Türkmənistan Mədəniyyəti Günləri paytaxtımızla yanaşı, Gəncə şəhərində də davam edəcək.

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.