• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

TÜRKPA-nın və TDT-nin Baş katibləri İstanbulda görüşüblər

Oktyabr 28, 2025
A A

Oktyabrın 27-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyinin İstanbulda yerləşən mənzil-qərargahında təşkilatın Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, vəzifə səlahiyyətlərinin icrasına başlaması münasibətilə Ramil Həsənə təbriklərini çatdıran TDT-nin Baş katibi ona yeni vəzifəsində uğurlar arzulayıb.

Ramil Həsən görüş zamanı TÜRKPА-nın fəaliyyəti barədə ətraflı məlumat verərək, Parlament Assambleyasının gündəliyinin daha da inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb. O, həmçinin parlamentlərarası dialoqun genişləndirilməsi, qanunvericilik sahəsində əlaqələndirmənin təşviqi və Türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsi məqsədilə həyata keçirilən təşəbbüslər və qarşıdakı layihələr barədə danışıb. Həmçinin TÜRKPА ilə TDT arasında əməkdaşlığın yeni mexanizminin tətbiqi barədə fikirlərini bölüşüb.

TDT-nin Baş katibi təklif edilən təşəbbüsləri dəstəklədiyini bildirərək, ortaq məqsədlərə nail olunması istiqamətində hər iki təşkilat arasında daha sıx əlaqələndirmənin əhəmiyyətini vurğulayıb.

Tərəflər daimi olaraq əlaqələrin saxlanılması və əməkdaşlıq üçün konkret mexanizmlərin araşdırılması barədə razılığa gəliblər.

Globalart.az

Sağ Banner

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin:
info@globalart.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!
Tel: +994 50 201 98 17

  • HAQQIMIZDA

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.

No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.