• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

TÜRKPA və MDB PA yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər

Dekabr 1, 2025
A A

TÜRKPA nümayəndə heyəti, Baş katibin müavini Talqat Aduov və komissiya katibi Aynurə Abutalıbova Qırğız Respublikasında keçirilən növbədənkənar parlament seçkilərinin qısamüddətli müşahidəsi çərçivəsində MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) nümayəndə heyəti ilə görüş keçirib.

Globalart.az xəbər verir ki, MDB PA Şurası Katibliyinin sədr müavini, MDB PA Demokratik İnkişafın Monitorinqi üzrə Beynəlxalq İnstitutun direktoru İvan Muşket TÜRKPA nümayəndə heyətini salamlayaraq, assambleyanın müşahidə missiyasının fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, Qırğız Respublikasının Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyası 71-dən çox müşahidəçini akkreditə edib. Onların sırasında MDB ölkələrinin senator və deputatları, MDB PA rəsmiləri, habelə MDB PA nəzdində Demokratik İnkişafın Monitorinqi üzrə Beynəlxalq İnstitutun ekspertləri yer alır.

Müzakirələr əsasən seçki sisteminin əsas aspektlərinə, beynəlxalq standartlara uyğun seçki prosedurlarının təhlili, müşahidə meyarlarının standartlaşdırılması və beynəlxalq monitorinqlə bağlı digər məsələlər ətrafında aparılıb. Muşket bildirib ki, bütün bu məsələlər və digər aktual mövzular 19–20 fevral 2026-cı il tarixlərində MDB PA-da keçiriləcək “Seçkilər və Referendumlar İnstitutuna Etimadın Formalaşdırılması: Beynəlxalq Müşahidənin Rolu” adlı beynəlxalq konfransda geniş şəkildə müzakirə olunacaq. O, TÜRKPA nümayəndə heyətini konfransda görmək arzusunu ifadə edib.

Öz növbəsində TÜRKPA Baş katibinin müavini Talqat Aduov görüşdən məmnunluğunu ifadə edərək, Muşketə təqdim etdiyi ətraflı məlumat üçün təşəkkür edib. O, TÜRKPA Beynəlxalq Seçki Müşahidə Missiyasının fəaliyyəti və tərkibi barədə məlumat verərək, qurumun obyektiv və peşəkar monitorinqə sadiqliyini xüsusi vurğulayıb. Aduov, həmçinin TÜRKPA Baş katibi səfir Ramil Həsən tərəfindən Beynəlxalq Katibliyin fəaliyyətinin effektivliyinin artırılması məqsədilə irəli sürülən təşəbbüslər, TÜRKPA+ formatında yeni əməkdaşlıq mexanizmi, Assambleya çərçivəsində milli parlament nümayəndə heyətlərinin müxtəlif beynəlxalq parlamentar platformalarda əlaqələndirilməsinin gücləndirilməsi, təcrübə mübadiləsi proqramları və s. barədə məlumat verib.

Qurumlar arasında qarşılıqlı müşahidəçi statusunun əldə edilməsinə hazırlığı vurğulayan Aduov bildirib ki, TÜRKPA yeni əməkdaşlıq istiqamətlərinə açıqdır və parlamentlərarası əməkdaşlığın innovativ formalarının araşdırılmasını vacib hesab edir.

Görüşdə, həmçinin MDB PA Katibliyindən Baş katibin müşaviri Sergey Karavayev və MDB PA Demokratik İnkişafın Monitorinqi üzrə Beynəlxalq İnstitutun filiallarla iş üzrə şöbə müdiri Aleksandr Ksendzov iştirak ediblər.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.