Üzeyir Hacıbəyovun “Ər və arvad” operettası Türkmənistanda türkmən dilində təqdim edilib
A
A
Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası əsasında hazırlanan eyniadlı tamaşanın nümayişi böyük maraqla qarşılanıb.
Azərbaycanın Türkmənistandakı səfirliyindən Globalart.az-a bildirilib ki, tamaşa Böyük Saparmurad Türkmənbaşı adına Baş Dram Teatrında türkmən dilində təqdim edilib. 1909-cu ildə qələmə alınan və Şərqin ilk operettası kimi dəyərləndirilən bu əsər Aşqabad tamaşaçıları tərəfindən hərarətlə alqışlanıb.
Globalart.az