• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Vətəndaşlar “Milli Proqram” çərçivəsində 69 min beynəlxalq sertifikat əldə ediblər

Oktyabr 28, 2025
A A

“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”da indiyədək 37500 nəfər “Coursera” platformasındakı təlimlərdən yararlanıb. İstifadəçilər 193 mindən çox təlimə müraciət edib və 69 min təlimi uğurla başa vurublar.

Globalart.az Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram” üzrə iştirakçıların sayı artmaqda davam edir.

2025-ci ilin aprel ayından başlayan “Milli Proqram” çərçivəsində bu günədək 37 500 nəfər “Coursera” onlayn təhsil platformasında təqdim olunan təlimlərdən ödənişsiz yararlanıb. Təlim iştirakçılarının 29%-ni universitet tələbələri və ali təhsil müəssisələrinin əməkdaşları, 12%-ni isə akademik sferada (orta məktəblər, elmi-tədqiqat institutları və s.) fəaliyyət göstərənlər təşkil edir. 11 mindən çox tələbə və universitet əməkdaşı “Coursera” onlayn tədris platformasındakı 67 mindən çox təlimə (ümumi müraciətlərin 1/3-i) müraciət edib.

“Milli Proqram”a ən çox maraq göstərən 10 ali məktəbin siyahısı aşağıdakı kimidir:

Azərbaycan Dövlət İqtisad Universiteti (2292 iştirakçı, 4821 sertifikat);

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1559 iştirakçı, 2875 sertifikat);

Bakı Dövlət Universiteti (1229 iştirakçı, 1915 sertifikat);

Azərbaycan Texniki Universiteti (750 iştirakçı, 1743 sertifikat);

Bakı Mühəndislik Universiteti (1077 iştirakçı, 1453 sertifikat);

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (337 iştirakçı, 1088 sertifikat).

ADA Universiteti (441 iştirakçı, 1000 sertifikat);

Azərbaycan Dövlət Pedaqoji Universiteti (926 iştirakçı, 945 sertifikat);

Bakı Ali Neft Məktəbi (387 iştirakçı, 857 sertifikat);

Azərbaycan Memarlıq və İnşaat Universiteti (458 iştirakçı, 814 sertifikat); 

Proqram iştirakçılarının digər hissəsini dövlət sektorunda çalışanlar (30%), özəl sektorda fəaliyyət göstərənlər (14%), həmçinin digər qruplar -məktəblilər, işsizlər, təqaüdçülər və s. (15%) təşkil edir.

“Milli Proqram” ölkədə rəqəmsal bacarıqların, innovasiya yönümlü təfəkkürün və yeni texnologiyalara inteqrasiyanın təşviqinə xidmət edir. Layihə çərçivəsində müxtəlif ixtisaslar üzrə müasir biliklərin əldə olunması və əmək bazarının tələblərinə uyğun kadr potensialının gücləndirilməsi məqsədilə genişmiqyaslı onlayn təlim imkanları yaradılıb. Proqram çərçivəsində bu günədək istifadəçilər 193 mindən çox təlimə müraciət edib və 69 min təlimi uğurla başa vurublar. İştirakçılar daha çox süni intellekt, data elmi, layihələrin idarə olunması, informasiya texnologiyaları və yumşaq bacarıqlar üzrə təlimlərə üstünlük veriblər.

Hazırda “Milli Proqram”ın 6-cı mərhələsinə qeydiyyat davam edir. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytından qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər.

“Coursera” platformasında Oksford, Kembric, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce”, “Siemens” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 13 mindən çox sahəvi kurs və proqramı “Milli Proqram” istifadəçiləri üçün əlçatandır.

“Milli Proqram” istifadəçiləri platformada 2500 təlimi Azərbaycan dilində altyazı ilə, ən çox tələb olunan 15 təlim isə “deep fake” texnologiyası ilə dublyajda izləyə bilərlər (təlimlərin siyahısı – https://bit.ly/4ogG5Mw).

Proqram SOCAR, Paşa Holdinq, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.