Vaşinqton sammitindən sonra Azərbaycan-Ermənistan sülh prosesi təhlil edilib
A
A
Noyabrın 18-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu çərçivəsində “Vaşinqton sammitindən sonra Azərbaycan-Ermənistan sülh prosesi” mövzusunda müzakirələr aparılıb.
Fortunamag.az xəbər verir ki, BMTM-in baş məsləhətçisi Yunis Qurbanovun moderatorluğu ilə keçirilən sessiyada son dövrdə baş verən geosiyasi dəyişikliklərin Cənubi Qafqaz və qonşu regionlarda qüvvələr balansına təsiri təhlil olunub. Həmçinin Vaşinqton sammitinin nəticələrinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına təsirləri müzakirə edilib.
Fortunamag.az