• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

“Veliko Tırnovo Milad Bazarı” sərgisində təmsil olunmuşuq

Dekabr 22, 2025
A A

Bolqarıstanın Veliko Tırnovo şəhərində hər il keçirilən ənənəvi “Veliko Tırnovo Milad Bazarı” sərgisində Azərbaycanın Bolqarıstandakı səfirliyi milli stendlə təmsil olunub.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, sərgidə səfirlik tərəfindən Azərbaycanın tarixi-mədəni müstəsnalığını, turizm potensialını və zəngin təbii gözəlliyini təcəssüm etdirən fotomateriallar, ingilis dilində turizm kitabçaları və bukletlər nümayiş etdirilib. Səfirlik nümayəndələri sərgi iştirakçılarına Azərbaycanın turistik məkanları, turistlər üçün səyahət imkanları, habelə ölkəmizdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər.

Azərbaycanın Bolqarıstandakı səfirliyi sərgidə ölkəmizin mədəni turizm sərvətlərini, qədim tarixini, adət-ənənələrini, zəngin mədəniyyətini, füsunkar təbiətini əks etdirən milli stenddə müvafiq fotoşəkillər, milli suvenirlər və xalılar, eyni zamanda, milli mətbəx nümunələri təqdim edib.

Qeyd edək ki, Bolqarıstanın Veliko Tırnovo şəhərində keçirilən ənənəvi sərgi mədəniyyətlərarası dialoqun və ictimai diplomatiyanın təşviqi baxımından mühüm platformadır. Bu cür beynəlxalq tədbirlərdə iştirak ölkələr arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı təbliğ və təşviqin genişlənməsinə, eləcə də dostluq münasibətlərinin dərinləşməsinə töhfə verir. Sərgi bayram ab-havası, zəngin mədəni proqramı və rəngarəng təqdimatları ilə ictimaiyyətin diqqətini cəlb edir. İştirak edən qurumlar və diplomatik nümayəndəliklər öz ölkələrinin mədəni irsini, adət-ənənələrini və dəyərlərini geniş ictimaiyyətə tanıtmaq imkanı əldə edirlər. Eyni zamanda, “Veliko Tırnovo Milad Bazarı” turizmin təşviqi, ölkənin müsbət imicinin formalaşdırılması və yerli ictimaiyyətlə birbaşa ünsiyyət baxımından effektiv platforma rolunu oynayır.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.