Vyanada “Michaelina Wautier, Rəssam” adlı sərgi açıldı
XVII əsrin istedadlı rəssamı Mikaelina Vautier uzun müddət sənət tarixçilərinin diqqətindən kənarda qalmışdı. Onun adı yalnız 1993-cü ildə, Vyana Kunsthistorisches Muzeyinin anbarında saxlanılan “Baxusun Qələbəsi” əsərinin təsadüfən kəşfi ilə yenidən gündəmə gəldi.
Məşhur belçikalı sənət tarixçisi Katlijne Van der Stighelen həmin əsəri görəndə, əvvəlcə onu Van Deyk kimi məşhur kişi rəssamların işlərindən biri hesab etmişdilər. Sonradan məlum oldu ki, əsərin müəllifi demək olar ki, unudulmuş qadın rəssam Vautier-dir.
İllərlə davam edən araşdırma və muzeyləri inandırmaq cəhdlərindən sonra nəhayət ki, Kunsthistorisches Muzeyində Vautier-ə həsr olunmuş böyük sərgi açılıb. “Michaelina Wautier, Rəssam” adlı sərgidə 29 tablo, bir rəsm və bir qravür – onun günümüzə gəlib çatan demək olar bütün əsərləri nümayiş olunur. Ekspozisiya portretlərdən tarixi səhnələrə, çiçək natürmortlarından monumental kompozisiyalara qədər geniş janrları əhatə edir.
Əsərlərin ən böyüyü, təxminən 3×3,5 metr ölçüdə olan “Baxusun Qələbəsi”, tamaşaçılara qadın müəllifin cəsarətli baxışını təqdim edir. Rəssam özünü də əsərə bacxant obrazında daxil edib və birbaşa tamaşaçı ilə göz təması quraraq qadın sənətkarın güclü mövqeyini nümayiş etdirib.
Bu sərgi, əsrlər boyu unudulmuş bir qadın ustanın Avropa sənət tarixindəki yerini yenidən təsdiq edən mühüm hadisə kimi qiymətləndirilir.
Globalart.az
