• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Vyanada “Türk həftəsi” çərçivəsində qala-konsert keçirilib

Yanvar 15, 2026
A A

Vyana şəhərində təşkil olunan “Türk həftəsi” çərçivəsində qala-konsert keçirilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Türk Dövlətləri Təşkilatı (TDT) və təşkilata üzv dövlətlərin Vyanada akkreditə olmuş səfirliklərinin birgə təşkilatçılığı ilə keçirilən konsertdən öncə TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev və Qırğızıstanın mədəniyyət naziri Mirbek Mambataliyev təşkilatçılar adından çıxış ediblər. Bildirilib ki, Avropanın mədəni, tarixi və elmi mərkəzlərindən biri olan Vyanada keçirilən “Türk həftəsi” Türk dünyasının strateji mövqeyinin, mədəni irsinin və əməkdaşlıq potensialının çoxtərəfli mühitdə təqdim olunmasında mühüm rol oynayır və bu təşəbbüs beynəlxalq diplomatiyanın və əməkdaşlığın daha da güclənməsinə xidmət edəcəkdir.

Konsertdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan musiqiçiləri rəngarəng musiqi proqramı ilə çıxış ediblər. Azərbaycandan Xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” ansamblı, Qazaxıstandan “Temirlan və Yernat” dueti, Qırğızıstandan “Kambarkan” folklor və etnoqrafik ansamblı, Türkiyədən “Yeden” ansamblı və Özbəkistandan “Xalqlar dostluğu” ansamblının təqdim etdiyi xalq və bəstəkar mahnıları, eləcə də qazax və özbək rəqqasların ifaları böyük maraqla qarşılanıb.

Vyananın ən müasir konsert salonları sırasında yer alan “MuTh” konsert salonunda baş tutan tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların təmsilçiləri, yerli ictimaiyyət və media nümayəndələri, türkdilli ölkələrin Avstriyadakı icmalarının üzvləri və musiqisevərlər iştirak ediblər.

Azərbaycanın TDT-yə sədrliyi ilində təşkil edilən qala-konsert Türk dövlətləri arasında mədəni əlaqələrin dərinliyini göstərməklə, Avropa tamaşaçılarında da bu mədəni zənginliyi daha yaxından tanımaq imkanı yaradıb.

Globalart.az

 

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.