“Winter in Azerbaijan” adlı sərgisinin rəsmi açılışı olub
Dekabrın 1-də “Winter in Azerbaijan” adlı bayram sərgisinin rəsmi açılışı olub. “Port Baku Mall”da keçirilən, sənətkarlığı, yaradıcılığı və bayram əhvali-ruhiyyəsini bir araya gətirən bu sərgi ziyarətçiləri miniatür zəncəfilli şəhərciyə dəvət edir.
Dekabrın 4-də keçirilmiş təntənəli açılışda qonaqlar bayram ab-havası ilə qarşılanıb. Gün ərzində Qrinç, Olaf, Şaxta Baba və sehrbaz kimi sevilən obrazlar ziyarətçiləri əyləndirib, IMEC tərəfindən hazırlanan uşaq xorunun şən melodiyaları isə məkana xüsusi ovqat qatıb. “Merry Band”in canlı musiqisi bayram atmosferini daha da zənginləşdirib. Qonaqlara isti şokolad və qlütensiz peçenye təqdim edilib. Bundan əlavə, qonaqlara hədiyyə olaraq xüsusi hazırlanmış “Winter in Azerbaijan” açıqcalarından və zəncəfilli peçenyelər verilib.
NARGIS komandası “Azərbaycan Hava Yolları” QSC-yə, “Azərbaycan Dəmir Yolları” QSC-yə, “Azərpoçt” MMC-yə, “Bakı Metropoliteni” QSC-yə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə, “Wolt” çatdırılma şirkətinə, “MasterCard”a, “Push30” MMC-yə, “Miniboss Business School” tədris mərkəzinə, “Medsol” MMC-yə, “Kidsberry” mağazasına, “Glodemia” tədris mərkəzinə, “İticket” MMC-yə, “The Attack” kafesinə və “a’Nanas” restoranına verdiyi dəstəyə görə minnətdarlığını bildirir.
NARGIS Nəşriyyat evi sərginin keçirilməsi üçün məkan ayırdığına görə “Port Baku Mall” ticarət mərkəzinə dərin təşəkkürünü bildirir.
Sərgi yanvarın 15-dək davam edəcək. Giriş sərbəstdir.
Globalart.az