“WUF13-ə doğru: QHT-lər üçün yeni imkanlar” adlı panel müzakirəsi keçirilib
A
A
2025-ci il oktyabrın 20-də Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu çərçivəsində “WUF13-ə doğru: QHT-lər üçün yeni imkanlar” adlı panel müzakirəsi keçirilib.
Globalart.az Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə istinadən xəbər verir ki, “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədri Şəbnəm Səfərovanın moderatorluğu ilə keçirilən müzakirələrin spikerləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdir müavini Günel Məlikova, WUF13 Koalisiyasının üzvü Amin Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov olub.
Globalart.az