• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

WUF13 Könüllülük Proqramı çərçivəsində təxminən 10 min namizəd müsahibələrə cəlb olunacaq

Yanvar 14, 2026
A A

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində həyata keçirilən Könüllülük Proqramı üzrə müsahibə mərhələsinə start verilib.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, proqramda iştirak üçün müraciət edən 16 min namizəd arasından ilkin seçim mərhələsini uğurla keçən təxminən 10 min nəfərin müsahibələrə dəvət olunması nəzərdə tutulur. Qeyd edək ki, ümumi müraciətlərin təxminən 1500-ü xarici ölkə vətəndaşlarından daxil olub.

Müsahibə mərhələsi WUF13 çərçivəsində peşəkar, məsuliyyətli və yüksək motivasiyaya malik könüllü heyətin formalaşdırılması istiqamətində mühüm addım hesab olunur. Bu mərhələnin əsas məqsədi namizədlərin bilik və bacarıqlarını, ünsiyyət və komanda işi üzrə hazırlıq səviyyəsini, eləcə də motivasiyalarını qiymətləndirməkdir. Müsahibələr mərhələli şəkildə keçiriləcək və seçim prosesi şəffaf, obyektiv və ədalətli prinsiplər əsasında aparılacaq.

Müsahibə mərhələsini uğurla başa vuran namizədlər təlim proqramına cəlb ediləcəklər. 2026-cı ilin yanvar–aprel aylarını əhatə edəcək bu proqram üç əsas istiqamət üzrə hazırlanıb: ümumi məlumatlandırma, iş bölgüsü və məkan üzrə hazırlıq. Təlimlər könüllülərin forum müddətində öz vəzifələrini effektiv və peşəkar şəkildə icra etmələrinə imkan yaradacaq. Təlim proqramını uğurla tamamlayan 2500 könüllü forumun müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərəcək.

WUF13 könüllüləri forum müddətində qonaqların qarşılanması və qeydiyyat prosesinə dəstək göstərilməsi, informasiya xidmətlərinin təşkili, sessiya və sərgi məkanlarında təşkilati işlərə yardım, mədəni proqramların koordinasiyası və digər mühüm istiqamətlər üzrə cəlb olunacaqlar.

Könüllülük Proqramı gənclərin bilik və bacarıqlarının inkişafına, beynəlxalq təcrübə qazanmasına və çoxmədəniyyətli mühitdə əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.

Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası bu il 17-22 may tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək. WUF13 hər kəs üçün açıq beynəlxalq platformadır və forumda iştirak ödənişsizdir. WUF13-də iştirak üçün qeydiyyat prosesi ötən ilin sentyabr ayından etibarən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) rəsmi internet səhifəsi vasitəsilə həyata keçirilir.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.