• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

WUF13 Könüllülük Proqramı üzrə 16 min müraciət daxil olub

Dekabr 11, 2025
A A

Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına (WUF13) hazırlıq çərçivəsində WUF13 Könüllülük Proqramı üzrə qeydiyyat mərhələsi bu gün saat 23:30-da başa çatacaq. 16 min namizədin müraciət etdiyi seçim prosesi artıq müsahibə mərhələsinə keçib. Forumda iştirak məqsədilə həmin namizədlərdən ümumilikdə 2500 könüllünün seçimi planlaşdırılır.

Globalart.az  xəbər verir ki, qeydiyyatdan keçmiş və ilkin seçim mərhələsini uğurla tamamlamış namizədlərlə dekabrın 15-dən etibarən əlaqə saxlanılacaq və müsahibələr mərhələli şəkildə aparılacaq. Bu mərhələ namizədlərin bilik və bacarıqlarının, həmçinin motivasiyalarının qiymətləndirilməsinə xidmət edir.

Müsahibələri uğurla başa vuran namizədlər 2026-cı ilin yanvar-aprel aylarında keçiriləcək təlim proqramına cəlb olunacaqlar. Təlim proqramı ümumi məlumatlandırma, funksional vəzifələrin bölgüsü və Forum məkanlarına hazırlıq məsələlərini əhatə edəcək.

Forum dövründə WUF13 könüllüləri qonaqların qarşılanması, qeydiyyat, informasiya təminatı, sessiya və sərgi zonalarında təşkilati işlərin icrası, eləcə də mədəni proqramların həyata keçirilməsində iştirak etməklə tədbirin səmərəli təşkilinə dəstək verəcəklər.

WUF13 Könüllülük Proqramı gənclərin liderlik bacarıqlarını inkişaf etdirməyə, innovativ düşüncələrini təşviq etməyə və beynəlxalq təcrübə qazanmaq imkanları yaratmağa xidmət edən inklüziv platforma kimi ölkənin qlobal tədbirdə təmsilçiliyinə əhəmiyyətli töhfə verəcək.

Qeyd edək ki, 2026-cı ilin 17–22 may tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası (WUF13) “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu altında keçiriləcək və şəhərlərin gələcəyinə dair strateji müzakirələrə ev sahibliyi edəcək.

Məlumat üçün bildirək ki, WUF13 Könüllülük Proqramı ilə bağlı əlavə suallar üçün volunteerssupport@wuf13.az elektron poçt ünvanı və çağrı mərkəzi (012 535 26 26) fəaliyyət göstərir.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.