• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Xalçamız BMT-də

Noyabr 26, 2025
A A

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyinin “Art Council Azerbaijan” təşkilatı ilə əməkdaşlığı çərçivəsində BMT-nin Baş Qərargahında “Azərbaycan xalçalarının ikinci həyatı” adlı sərginin açılışı olub. Daimi Nümayəndəlikdən Globalart.az-a verilən məlumata görə, tədbir Azərbaycanda 2025-ci ilin Suverenlik və Konstitusiya İli elan olunması münasibəti ilə keçirilib və ölkənin ən məşhur mədəni ənənələrindən birinə həsr olunub.

“İkinci həyat” təşəbbüsü rəssamlar Sona Quliyeva və Dadaş Məmmədov tərəfindən irəli sürülüb. Layihə çərçivəsində ənənəvi və müasir sənətkarlıq texnikalarının birləşməsi vasitəsilə qədim və köhnəlmiş Azərbaycan xalçaları yenidən canlandırılır. Atıla biləcək parçaları bərpa etmək və yenidən görünüş verməklə layihə mədəni irsin davamlı aktuallığını vurğulayır və məsuliyyətli istehlakın əhəmiyyətini əks etdirir.

Açılış mərasimində Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəsi Tofiq Musayev diplomatları, BMT rəsmilərini və qonaqları salamlayıb. O, Azərbaycanda xalçaçılığın dərin tarixi əhəmiyyətini vurğulayıb, mədəni irsin canlandırılması da daxil olmaqla, davamlı inkişaf üçün əsas dəyərləri qeyd edib.

Açılış mərasimindəki qonaqlar həmçinin, rəssam Sona Quliyevanın çıxışını dinləyiblər. O, yaradıcılıq prosesi və köhnə xalçalara yeni həyat verməklə bağlı fikirlərini bölüşüb. Sərgi noyabrın 28-nə kimi BMT-nin Baş Qərargahında nümayiş olunacaq.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.