• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Xalq artisti Dinara Əliyeva Rusiyanın Böyük Teatrında konsert verib

Dekabr 18, 2025
A A

Opera müğənnisi, Azərbaycanın Xalq artisti, Rusiyanın Böyük Teatrının solisti Dinara Əliyeva Böyük Teatrının yeni səhnəsində konsert verib. Konsert onun doğum gününə təsadüf edib.

Globalart.az xəbər verir ki, “Vivere l’arte” adlı konsert müğənninin karyerasında əlamətdar bir hadisə olub və dünya opera klassiklərinin əsərlərini birləşdirib. Tədbirin proqramına müğənninin peşəkar karyerasının əsas mərhələlərini və bədii prioritetlərini əks etdirən opera ariyaları və vokal əsərləri daxil edilib. Dinara Əliyevanın ifasında Cüzeppe Verdi, Cakomo Puççini, Pyetro Maskaninin operalarından ariyalar və vokal əsərləri, eləcə də rus və dünya klassiklərindən əsərləri səsləndirilib.

Jurnalistlərə verdiyi müsahibədə Dinara Əliyeva bildirib ki, Bakıda oxşar genişmiqyaslı konsert keçirməyi xəyal edir. “Artıq on beş ildir ki, Böyük Teatrında işləyirəm. Bu, mənim doğum günümə, eləcə də Böyük Teatrının 250 illik yubiley mövsümünə təsadüf edib. “Arzum belə böyük bir konserti Bakıya gətirməkdir. Çox ümid edirəm ki, Rusiya Mədəniyyət Nazirliyi və Azərbaycan Mədəniyyət Nazirliyi mənə vətənimdə belə bir tədbir keçirməyimdə kömək edəcəklər”, – deyə müğənni bildirib.

Dinara Əliyeva özünün bədii özünəməxsusluğundan danışarkən vurğulayıb ki, bir azərbaycanlı olaraq Rusiyanı özünün ikinci vətəni hesab edir. “Uzun illərdir ki, Rusiyanı bir çox ölkələrdə təmsil edirəm. Biz Azərbaycan müğənniləri iki belə miqyaslı dövlətin mədəniyyətlərini birləşdirən sənətimizin səfirləriyik”, – deyə o qeyd edib.

Konsertlə bağlı şərh verən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu vurğulayıb ki, Dinara Əliyevanın yaradıcılığı milli vokal məktəbi ilə dünya opera ənənəsinin üzvi birləşməsinin nümunəsidir: “Şadam ki, Azərbaycan vokal sənəti Moskvada bu qədər yüksək səviyyədə təmsil olunur. Dinara Əliyeva və Elçin Əzizov solistlərdir və Böyük Teatrın səhnəsində çıxış edirlər və bu, xüsusi qürur doğurur. Bu ənənə ötən əsrin əvvəllərində Moskvada keçirilən Azərbaycan İncəsənəti Onilliyi zamanı, Bülbüloğlunun Böyük Teatrının səhnəsində Koroğlu rolunu canlandırdığı zaman yaranıb”.

P.Bülbüloğlu vurğulayıb ki, Dinara Əliyeva müasir opera səhnəsinin ən görkəmli solistlərindən biridir: “Sevindirici haldır ki, Azərbaycan vokal məktəbi dünyanın ən nüfuzlu teatrlarından biri olan Böyük Teatrının səhnəsində təmsil olunur”.

Sonda o qeyd edib ki, bu cür konsertlər xalqlar arasında mədəni dialoqun möhkəmləndirilməsi üçün vacibdir və Azərbaycan musiqi məktəbinin yüksək beynəlxalq nüfuzunu təsdiqləyir.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.