• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Xalq artisti Qədir Rüstəmov 90 il

Dekabr 22, 2025
A A

“Qarabağın maralı” , “Apardı sellər Saranı”, “Laçın” ,“Qaragilə”, “Neyçün gəlməz”, “Olmaz-olmaz”, “Sarı gəlin”, “Reyhan”, “Ay dili-dili” və “Sona bülbüllər”… Xalq artisti Qədir Rüstəmovun repertuarında əsas yer tutan mahnıların adını çəkmək kifayətdir ki, onun bənzərsiz səsini qulaqlarında hiss edəsən. O, bu mahnıların hər birinin üzərinə sanki öz möhürünü vurub, öz imzasını həkk edib. Görünür, elə buna görə də onun səsini “Allah vergisi”, “qeybdən gələn səs” adlandıranlar da olub, “Ağdamın bizdə olan hissəsi”, “Ağdam yarasının məlhəmi” hesab edənlər də… Xalq şairi Bəxtiyar Vahabzadə isə onun haqqında belə deyib: “Qədir Rüstəmov öz ifası ilə “Sona bülbüllər”ə heykəl qoydu, “Sona bülbüllər” də Qədir Rüstəmova heykəl qoydu”…

Globalart.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Qədir Rüstəmovun 90 illiyi münasibətilə keçirilən xatirə gecəsində bu barədə danışılıb.

Gecənin aparıcısı yazıçı, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli xanəndənin böyüdüyü mühit, sənətdə atdığı addımlar, keçdiyi həyat yolu, ona uğur qazandıran və sevdirən ifa tərzi, bənzərsiz istedadı haqqında ətraflı məlumat verib.

Xatirə gecəsində çıxış edən yazıçı, xanəndənin həyatından bəhs edən “Evləri köndələn yar” povestinin müəllifi, Milli Məclisin deputatı Aqil Abbas, jurnalist, ustad sənətkardan bəhs edən “Qeybdən gələn səs” filminin müəllifi Fəxrəddin Hacıbəyli, ötən əsrin 80-ci illərində “Ağdamda Qədir Rüstəmovla atüstü söhbət” adlı müsahibənin müəllifi, yazıçı Seyran Səxavət onunla bağlı xatirələrini, yaradıcılıq prosesində üzləşdikləri hadisələri xatırlayıblar.

Əməkdar incəsənət xadimi Çingiz Abbasov, xanəndənin sənət dostu, tarzən Aydın Mehrəliyev Qarabağın ən gözəl və fərqli səslərindən olan Qədir Rüstəmov sənətinin ecazkarlıq və bənzərsizliyindən bəhs ediblər.

Çıxış edənlər belə fikir səsləndiriblər ki, dinləyicini səsinin sehrinə salan ustad sənətkar oxuduğu bütün muğam və mahnıları çox böyük məharət və ustalıqla ifa edib, hətta o dərəcədə ki, onları bir-birindən ayırmaq olmaz. Lakin onların arasında “Sona bülbülləri” ona görə istisnalıq təşkil edir ki, Qədir Rüstəmovun “vizit vərəqi”nə çevrildi.

Xalq mahnılarının və muğamların əvəzsiz ifaçısı haqqında videoçarxlar nümayiş olunub, ifasından parçalar səsləndirilib.

Əməkdar artistlər İlkin Əhmədov, Sevinc Sarıyeva, Elnur Zeynalov, muğam müsabiqəsinin qalibləri və iştirakçıları Güllü Muradova, Mustafa Mustafayev, Yusif Cəfərbəyli, Murad Laçın və başqaları xanəndənin repertuarında yer alan mahnılar və muğam parçaları ifa ediblər. Əməkdar artist Azad Şükürov Qədir Rüstəmova ithaf olunan şeiri səsləndirib.

Məşhur filosof və natiq Siseronun belə bir sözü vardı: “Dünyasını dəyişənlərin həyatı sağ qalanların həyatı ilə davam edir”. Doğrudan da belədir, Xalq artisti Qədir Rüstəmovun həyatı təkcə övladlarının, nəvələrinin, onu sevənlərin həyatı ilə deyil, həm də onunla bağlı xatirələr, əhvalatlarla davam edir. Bir də bənzərsiz və qənirsiz səsi ilə ifa etdiyi və həmişə bizimlə olan gözəl və bənzərsiz mahnılarlar: “Qarabağın maralı” , “Apardı sellər Saranı”, Laçın” ,“Qaragilə”, “Neyçün gəlməz”, “Olmaz-olmaz”, “Sarı gəlin”, “Reyhan”, “Ay dili-dili” və “Sona bülbüllər” ilə…
Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.