• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Xalq yazıçısı Kamal Abdullanın “Ruh” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub

Fevral 20, 2026
A A

Fevralın 18-də Akademik Milli Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Ruh” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.

Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu, Füzuli Dövlət Dram Teatrının repertuarında olan və ötən ilin noyabrında premyerası keçirilən səhnə əsərinin Bakıda ilk nümayişidir. Tamaşanın quruluşçu rejissoru Mirzə Nicat, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadə, rejissor assistenti Gülgəz Soltanovadır.

Əsərin əsas qayəsi insanın özünüdərk prosesindən, onun öz ruhu ilə qarşılaşmasından və daxili aləmin dərinliklərinə enməsindən ibarətdir. Qəhrəmanla Ruh arasında aparılan dialoqlar, rəmzi səhnələr və təkrarlanan mistik motivlər insanın öz varlığına verdiyi sualların poetik ifadəsinə çevrilir. Əsərdə zaman və məkan sabit deyil. Hadisələr bəzən keçmişə qayıdır, bəzən gələcəyə keçir.

Personajlar gerçək kimlikdən daha çox rəmzi mahiyyət daşıyır. Onlar qəhrəmanın mənəvi halətlərini, daxili parçalanmasını, qorxularını, ümidlərini və düşüncələrini təcəssüm etdirir. Ruh yalnız metafizik kateqoriya deyil, həm də qəhrəmanın içindəki işıq, həqiqət və mənəvi axtarışın rəmzidir. Personajların ruhla qarşılaşması onların daxili təmizlənməsinə, özünü tanımasına səbəb olur.

Tamaşada rolları aktyorlar Anar Buludov (Tərki Dünya), Sevinc Məmmədova (Qorxacaq Qadın), Qaçaq Qarayev (Şübhəli Məxluq), Elçin Məmmədov (Narahat Adam), Əli Hüseynov (Ağciyər), Səbuhi Əhmədov (Kimsəsiz) oynayıb.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov çıxış edərək Füzuli Dövlət Dram Teatrının “Ruh” tamaşasının Milli Teatrın səhnəsindəki nümayişini əlamətdar mədəni hadisə kimi dəyərləndirib, kollektivi və müəllifi təbrik edib.

Xalq yazıçısı Kamal Abdulla yaradıcılığına müraciət etdiyi üçün Füzuli Dövlət Dram Teatrının kollektivinə və yaradılan şəraitə görə Akademik Milli Dram Teatrının rəhbərliyinə öz təşəkkürünü bildirib.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.