Xankəndiyə gələn turistlərin sayı artıb
A
A
Bayram günlərində Xankəndi şəhəri təkcə bayram ab-havası ilə deyil, həm də yerli, xarici qonaqların yaratdığı canlanma ilə xüsusi diqqət çəkir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Globalart.az-a verilən məlumata görə, bu günlərdə Xankəndi şəhərinə gələn qonaqların sayında xeyli artım qeydə alınıb.