• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Xankəndidə ilk Şəhər Günü geniş konsert proqramı və atəşfəşanlıqla başa çatıb

Sentyabr 23, 2025
A A

Mədəniyyət Nazirliyi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Xankəndidə keçirilən Şəhər Günü münasibətilə möhtəşəm konsert proqramı təqdim olunub. Globalart.az  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki,  bayram konserti F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında Telman Hacıyevin “Vətən süitası” ilə başlanıb.
Sonra Fəxri Kazım Nicat Polad Bülbüloğlunun “Azərbaycan”, Əməkdar artist Almaz Orucova “Nə olaydı, yarım olaydı” Azərbaycan xalq mahnısı və Tofiq Quliyevin “Azərbaycana gəlsin”, Ayşən Mehdiyeva Hatəm Nəbioğlunun “Vətən”, İlhamə Qasımova Elza İbrahimovanın “Ey Vətən”, Əməkdar artistlər Anar Şuşalı Cahangir Cahangirovun “Cənnətim Qarabağ”, Fehruz Səxavət Əlibaba Məmmədovun “Xudayar təsnifi” (“Vətən yaxşıdı”), Gülüstan Əliyeva Ə.Məmmədovun “Sənə inanıram” və Əvəz Muradovun “Mənim eşqim Azərbaycandır”, Səbuhi İbayev “Qarabağ şikəstəsi”ni ifa ediblər.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında həmçinin Üzeyir Hacıbəylinin “Cəngi” rəqsi və “Ay Ləli” xalq mahnısı da təqdim olunub. Konsert proqramı Əməkdar artist İlham Nəzərovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” (söz: N.Xəzri) mahnısı ilə başa çatıb.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları ilə yanaşı, yüzlərlə şəhər sakini və Qarabağ Universiteti tələbələrinin izlədiyi bayram konserti alqışlarla qarşılanıb.
Konsertdən sonra Xankəndinin mərkəzi meydanında möhtəşəm atəşfəşanlıq olub. Yaranmış ecazkar mənzərə baxışlarını azad Qarabağın rəngbərəng işıqlarla süslənən səmasına dikən tamaşaçılarda bölgənin yeni növrağına, parlaq gələcəyinə olan inamı daha da artırıb.

 

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.