• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirilib

Sentyabr 23, 2025
A A

Sentyabrın 20-də Xankəndidə Şəhər Günü çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Uşaq İncəsənət Festivalı (UİF) qaliblərinin iştirakı ilə konsert proqramı təqdim olunub. Globalart.az  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, xatırladaq ki, festivalın əsası 2023-cü ildə, Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə qoyulub. Bu gün festival ölkəmizin ən iri miqyaslı sənət layihələrindən biri kimi tanınır.

Konsertdən əvvəl mədəniyyət nazirinin müavini Fərid Cəfərov, həmçinin Prezidentin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin əməkdaşları şəhərin mərkəzi meydanında qurulmuş UİF guşəsi ilə tanış olublar. Burada uşaqlar öz yaradıcılıq işlərini təqdim edib, ziyarətçilərlə paylaşmaq imkanı qazanıblar. Ərazidə təşkil edilən zəka oyunları, interaktiv əyləncə məkanları və yaradıcılıq zonaları balaca iştirakçıların böyük marağına səbəb olub.

Daha sonra tamaşaçılar UİF qaliblərinin ifasında mahnılar, rəqslər və müxtəlif səhnə nömrələrindən ibarət geniş konsert proqramını izləyiblər. Hər çıxış gur alqışlarla qarşılanıb. İstedadlı uşaqlar şövqlü ifaları ilə həm Xankəndi Şəhər Gününə, həm də Dövlət Suverenliyi Gününə öz bədii töhfələrini veriblər.

Qeyd edək ki, bu il ikinci dəfə keçirilən Uşaq İncəsənət Festivalı dövlət başçısının milli-mədəniyyət siyasətinə uyğun olaraq gənclərdə milli dəyərlərin aşılanmasına, ənənəvi sənət sahələrinin yaşadılmasına, eləcə də dövlətçilik ruhunda tərbiyəyə xidmət edir. Festival həm də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun ölkəmizdə mədəniyyətin inkişafı və gənc istedadların dəstəklənməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı fəaliyyətin mühüm bir parçasıdır.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.