• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Xarici işlər nazirinin müavini Somali ilə bağlı fövqəladə iclasda iştirak edib

Yanvar 12, 2026
A A

10 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının Somali ilə bağlı fövqəladə iclasında iştirak edib.

Globalart.az Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində İƏT-in mənzil qərargahında baş tutmuş fövqəladə iclasın məqsədi Somalinin “Somalilənd” bölgəsinin müstəqil dövlət kimi tanınmasına qarşı Somalinin suverenliyi və ərazi bütövlüyünə dəstək vermək, habelə bu istiqamətdə atıla biləcək birgə addımları müzakirə etmək olub.

İclasda çıxış edən Y.Rəfiyev Azərbaycan Respublikasının Somali Federal Respublikasının suverenliyinə, milli birliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib. Nazir müavini İƏT-in Somali üzrə Təmas Qrupunun fəal üzvü kimi Azərbaycanın beynəlxalq ictimaiyyətin, o cümlədən İƏT üzv ölkələrinin məsələ ilə bağlı kollektiv səylərini dəstəkləyəcəyini nəzərə çatdırıb.

Ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyi vurğulanaraq müxtəlif regionlarda, o cümlədən Afrika Buynuzu və Qırmızı dəniz hövzəsində sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün məsuliyyətli və beynəlxalq hüquq çərçivəsində davranmağın əhəmiyyəti ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edilib.

İƏT xarici işlər nazirlərinin 22-ci fövqəladə iclasının sonunda üzv dövlətlər tərəfindən Somali və onun ərazi bütövlüyünə birmənalı və qətiyyətli dəstək ifadə edən qətnamə qəbul olunub.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.