• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Yalçın Rəfiyev BƏƏ naziri ilə

Noyabr 28, 2025
A A

Əbu-Dabi şəhərində Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin ilk iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Globalart.az-a verilən məlumata görə, sözügedən komitə cari il sentyabrın 16-da BƏƏ Prezidentinin ölkəmizə səfəri zamanı imzalanmış Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamədən irəli gələrək yaradılıb. İclasa komitənin həmsədrləri qismində Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BƏƏ tərəfindən isə Xarici İşlər Nazirliyində dövlət naziri Saeed Al Hajeri rəhbərlik ediblər.

İclasın formatına uyğun olaraq, ilk növbədə, həmin komitənin tərkibindəki siyasi və diplomatik, iqtisadi, humanitar, müdafiə və hüquq-mühafizə, habelə enerji və dayanıqlılıq üzrə alt komitələrin görüşləri baş tutub. Bu çərçivədə aparılmış müzakirələr zamanı müvafiq istiqamətlər üzrə mövcud əməkdaşlıq məsələləri, qarşılıqlı əlaqələrin inkişaf perspektivlərinə dair təkliflər və mümkün layihələr nəzərdən keçirilib.

Komitənin işi çərçivəsində nazir müavini Y.Rəfiyev və dövlət naziri S.Al Hajeri arasında təkbətək görüş baş tutub. Daha sonra həmsədrlərin rəhbərliyi və aidiyyəti qurumların nümayəndələrinin, habelə hər iki ölkənin səfirlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib, alt komitələrin həmsədrləri irəli sürülmüş təkliflər və layihələr barədə məlumat veriblər. Həmsədrlər konkret nəticələrin əldə olunması məqsədilə müvafiq işlərin aparılması, o cümlədən yol xəritəsi və iş planlarının razılaşdırılaraq qəbul edilməsi ilə bağlı gözləntilərini ifadə ediblər. Bununla yanaşı, növbəti görüşlərin və ümumilikdə komitənin işinin modallıqları və təqvimi müəyyənləşdirilib.

İclas zamanı son dövrlər ərzində Azərbaycan-BƏƏ əlaqələrinin dinamik inkişafından böyük məmnunluq ifadə olunub. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin və həmin səfərlər çərçivəsində əldə olunmuş razılaşmaların, imzalanmış sənədlərin əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsindəki əsas rolu vurğulanıb.

İclasda Xarici İşlər Nazirliyi ilə yanaşı, Azərbaycan tərəfindən İqtisadiyyat, Energetika, Ədliyyə, Müdafiə, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, habelə Dövlət Turizm Agentliyinin, SOCAR və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri iştirak ediblər.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.