“YAŞAT” Fondu şəhid Ruslan Quliyevin ailəsinə dəstək göstərib
“YAŞAT” Fondu fəaliyyət istiqamətləri çərçivəsində dəstək tədbirlərini davam etdirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Globalart.az-a verilən məlumata görə, şəhid Ruslan Quliyevin ailə üzvləri də Fondun qayğısı ilə əhatə olunublar.
Belə ki, şəhidin qızı Şəhanə atasının arzularını yaşadaraq 2025-ci ildə tələbə adını qazanıb. “YAŞAT” Fondu tərəfindən bu uğuruna görə ona 2 min manat məbləğində təhsil mükafatı təqdim olunub. Oğlu Nurlan isə 2025-ci ildə Fondun London şəhərində təşkil etdiyi yay məktəbində iştirak edib
Qeyd edək ki, Ruslan Quliyev 2015-ci ildən etibarən Azərbaycan Silahlı Qüvvələrinin Murovdağda yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi. O, 2020-ci il sentyabrın 27-dən etibarən Murovdağ istiqamətində döyüşlərə başlayıb. Ruslan Quliyev oktyabrın 11-də Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub.