Yeni ildə arzu xəritəsini necə yaradaq?
Yeni il sadəcə təqvimdə dəyişən tarix deyil. Bu keçidi daha şüurlu, məqsədli və ilhamlı etmək üçün istifadə olunan vasitələrdən biri də arzuların vizual xəritəsidir.
Globalart.az bildirir ki, bu xəritədə şəkillər, sözlər, rənglər və simvollar vasitəsilə istədiyimiz həyat forması canlandırılır.
İnsan beyni görüntülərlə düşünür. Vizual mesajlar emosiyalarla birləşdikdə daha tez yadda qalır və davranışları istiqamətləndirir.
Xəyal xəritəsi diqqəti dağınıqlıqdan qoruyur, hədəfləri konkretləşdirir, daxili motivasiyanı gücləndirir və yaradıcı potensialı aktivləşdirir.
Bu, arzuları real addımlara yaxınlaşdıran psixoloji mexanizmdir.
Özünə sual ver: Bu il hansı insan olmaq istəyirəm? Nə hiss etmək istəyirəm? Həyatımda hansı sahələrdə bolluq arzulayıram? Bu sualların cavabları panonun əsasını təşkil edir.
Xəyal Panosu istənilən formatda – evdə divardan asılan karton pano, dəftər səhifəsi və ya telefon və ya kompüter üçün ekran görüntüsü şəklində istifadə oluna bilər. Əsas şərt odur ki, pano sənin enerjinlə uyğunlaşsın və tez-tez gözünə dəysin.
Hər böyük dəyişiklik əvvəlcə bir xəyal olaraq başlayır.
Globalart.az