• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

“Yeni Rəqabət Məcəlləsinin tətbiqi” mövzusunda müzakirələr aparılıb

Dekabr 4, 2025
A A

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFChamber) tərəfindən təşkil olunan “Yeni Rəqabət Məcəlləsinin tətbiqi” mövzusundakı maarifləndirmə tədbirində iştirak edib.

Dövlət Agentliyindən Globalart.az-a bildirilib ki, tədbirdə qurumun sədri Elnur Bağırov və “AFChamber”in İdarə Heyətinin sədri Teybə Quliyeva açılış nitqi ilə çıxış ediblər. Çıxışlar zamanı rəqabəti pozan halların qarşısının alınması və bazar iştirakçıları üçün bərabər imkanların təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Rəqabət Məcəlləsində yer alan tələblər və dayanıqlı biznes ekosisteminin qurulmasında bazar iştirakçılarının bu tələblərə uyğun fəaliyyətinin təşkilinin vacibliyi vurğulanıb. Bu istiqamətdə keçirilən maarifləndirmə tədbirinin biznes ictimaiyyətinin məlumatlandırılması və dövlət-özəl dialoqunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyinə diqqət çəkilib.

Tədbir çərçivəsində agentliyin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı “Rəqabət Məcəlləsinin tətbiqi” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı Rəqabət Məcəlləsinin strukturu, tətbiq mexanizmləri, eləcə də Məcəllədə müəyyən edilmiş yeni hüquqi tələblərin bazar iştirakçıları üçün yaratdığı öhdəliklər barədə geniş məlumat verilib. İqtisadi təmərküzləşmələrə razılıq verilməsi, o cümlədən təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsinin hüquqi-normativ əsasları və onların bazarın rəqabət strukturuna mümkün təsirləri barədə izahlar verilib, qanunvericiliyin tətbiqindən irəli gələn məsələlər real biznes mühitində rast gəlinən praktik nümunələr əsasında izah olunub.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.