• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Zəfər Günü Niderlandda böyük coşqu ilə qeyd edilib

Noyabr 11, 2025
A A

Niderland Krallığının siyasi və inzibati mərkəzi olan Haaqa şəhərində Azərbaycanın Zəfər Günü münasibətilə bayram ab-havası yaşanıb. Şəhərin ən nüfuzlu mədəniyyət mərkəzlərindən olan Milli Teatrda (Het Nationale Theater) “Mənim Azərbaycanım: Odlar Yurdunun ritmləri” adlı konsert proqramı baş tutub. Tədbir Azərbaycanın Niderlanddakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Diasporuna Dəstək Fondu və Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.

Səfirlikdən Globalart.az-a bildirilib ki, tədbirə Niderlandın dövlət qurumlarının, ölkədə akkreditə olunmuş diplomatik korpusun, siyasi, ictimai, işgüzar, mədəniyyət və akademik dairələrin nümayəndələri, media təmsilçiləri, Azərbaycan icmasının üzvləri qatılıblar. Tədbirdə, habelə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov iştirak edib.

Konsertin başlanğıcında 2021-ci ildə Şuşada – Cıdır düzündə keçirilmiş “Xarıbülbül” musiqi festivalında Kənan Bayramovun ifa etdiyi “Bayatı-Şiraz” muğamının videosu nümayiş etdirilib. Bu möhtəşəm ifa fonunda Şuşanın füsunkar mənzərələri və festivalın unudulmaz anları tədbirə dərin emosional ovqat bəxş edib, salonda duyğulu anlar yaşanıb.

Ardınca çıxış edən Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə bu təsirli səhnənin rəmzi mənasını vurğulayaraq bildirib ki, “Bayatı-Şiraz” muğamı uzun illər ərzində işğal dövründə Azərbaycan xalqı üçün ağrının, həsrətin və Vətənə qayıdış ümidinin simvoluna çevrilmişdi və bu həsrət artıq beş ildir geridə qalıb, tarixi ədalət bərpa olunub. Prezident İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini xatırladan diplomat bu fikirlərin Azərbaycan xalqının qürur salnaməsinə həkk olunduğunu, bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa edildiyini, bölgəmizdə sülh və sabitliyin bərqərar olunduğunu vurğulayıb.

Globalart.az

Sağ Banner
Globalart.az

“Müəllif hüquqlarının qorunması ilə bağlı suallar üçün bu ünvana müracət edin. Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir!

  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • SİYASƏT
  • CƏMİYYƏT
  • MƏDƏNİYYƏT
  • BİZNES
  • İDMAN
  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti

Cəfər Cabbarlı küçəsi 44, Caspian Plaza, 2-ci korpus, 5-ci mərtəbə

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Bütün hüquqlar qorunur. Globalart İnformasiya Portalı © 2025
design by GlobalART

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2025 Globalart İnformasiya Portalı
No Result
View All Result
  • MÜSAHİBƏLƏR
  • İNCƏSƏNƏT
  • DAHİ ŞƏXSİYYƏTLƏR
  • HƏYAT TƏRZİ
  • MODA
  • GÖZƏLLİK
  • ART KLUB
  • XƏBƏRLƏR
  • DİGƏR
    • SİYASƏT
    • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • BİZNES
    • İDMAN
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Bütün hüquqları qorunur.