• ABOUT US
  • ADVERTISEMENT
  • CONTACT US
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • INTERVIEWS
  • ART
  • GREAT PERSONALITIES
  • LIFESTYLE
  • FASHION
  • BEAUTY
  • ART CLUB
  • NEWS
    • POLITICS
    • SOCIETY
    • CULTURE
    • BUSINESS
    • SPORTS
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Azərbaycan nümayəndə heyəti Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında (ADIPEC) iştirak edib

November 3, 2025
A A

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Əbu-Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında (ADIPEC) iştirak edib.

globalart.az/en Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Əbu-Dabi şəhərində keçirilən Beynəlxalq Neft Sərgisi və Konfransında (ADIPEC) iştirak edib.

Neft və qaz sənayesində müasir texnologiyaların, innovativ həllərin, rəqəmsal transformasiya və bərpaolunan enerjiyə keçid strategiyalarının təqdim olunduğu tədbirdə enerji sektorundakı yeni qlobal meyllər təqdim olunub. ADIPEC çərçivəsində ölkəmizin enerji transformasiyası və dayanıqlı iqtisadi inkişaf sahəsində təcrübəsi bölüşülüb.

Tədbir çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb. Görüşdə enerji təchizatının təkmilləşdirilməsi, neft-qaz sahəsində kəşfiyyat və hasilat layihələrinin reallaşdırılması, Xəzər dənizi, Asiya və Afrika regionunda yeni bağlantıların qurulması və investisiya potensialının dəyərləndirilməsi imkanları nəzərdən keçirilib.

Tərəflər SOCAR və bp arasında birgə fəaliyyətin diversifikasiyasının etibarlı tərəfdaşlıq və gücləndirilmiş regional sinerji əsasında qarşılıqlı perspektivlərini vurğulayıblar.

Müzakirələrdə bildirilib ki, Azərbaycan enerji sektorunda innovasiyaların tətbiqinə, bərpaolunan enerji mənbələrinin inkişafına və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsinə xüsusi önəm verir. Bu baxımdan beynəlxalq tərəfdaşlarla uzunmüddətli strateji əməkdaşlıq enerji keçidi dövründə yeni layihələrin həyata keçirilməsi üçün mühüm platforma yaradır.

Qeyd edək ki, ADIPEC hər il Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən qlobal enerji sənayesi tədbiridir. Dünya üzrə aparıcı şirkətləri, dövlət qurumlarını və mütəxəssisləri bir araya gətirərək enerji sektorunda innovativ texnologiyaların, yeni həllərin və dayanıqlı inkişaf modellərinin təqdimatına şərait yaradır.

globalart.az/en

Sağ Banner

For questions regarding copyright protection, please contact us at this address:
info@globalart.az/en
When using materials from this website, it is mandatory to provide a hyperlink to the original article.
Tel: +994 50 201 98 17

GLOBAL Art © 2025. All rights reserved.

No Result
View All Result
  • INTERVIEWS
  • ART
  • GREAT PERSONALITIES
  • LIFESTYLE
  • FASHION
  • BEAUTY
  • ART CLUB
  • NEWS
    • POLITICS
    • SOCIETY
    • CULTURE
    • BUSINESS
    • SPORTS
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. All rights reserved.