• ABOUT US
  • ADVERTISEMENT
  • CONTACT US
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • INTERVIEWS
  • ART
  • GREAT PERSONALITIES
  • LIFESTYLE
  • FASHION
  • BEAUTY
  • ART CLUB
  • NEWS
    • POLITICS
    • SOCIETY
    • CULTURE
    • BUSINESS
    • SPORTS
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Milli Məclisdə Tacikistan parlament nümayəndə heyəti ilə görüş keçirilib

October 30, 2025
A A

Oktyabrın 30-da Milli Məclisin deputatı, Tacikistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının Azərbaycanla dostluq və əməkdaşlıq qrupunun rəhbəri Azizzoda Qayratın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

globalart.az/en Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Aydın Mirzəzadə konfransda iştiraklarına görə qonaqlara təşəkkürünü bildirərək Tacikistan və Azərbaycan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinin bu gün parlamentlərarası müstəvidə də uğurla davam etdirildiyini söyləyib.

Bildirilib ki, dövlət başçılarımızın mütəmadi rəsmi səfərləri iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə xüsusi töhfə verir. Bu səfərlər siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişafına stimul yaradır və Azərbaycan-Tacikistan əlaqələrinin daha da genişlənməsinə imkan açır.

Görüşdə  Azizzoda Qayrat  Milli Məclisdə  keçirilən tədbirin yüksək səviyyədə və səmərəli təşkil olunduğunu söyləyib. O, vurğulayıb ki, bu gün dövlətlərimiz arasında mədəniyyət, elm və iqtisadiyyat sahələrində yüksək səviyyəli və möhkəm münasibətlər mövcuddur.

Söhbət zamanı Tacikistanla parlamentlərarası işçi qrupunun üzvləri Xanlar Fətiyev və Azər Badamov çıxış edərək parlament diplomatiyasının dövlətlərarası  əlaqələrin inkişafına öz töhfəsini verdiyini və bu dostluğun və əməkdaşlığın xalqlarımızı, ölkələrimizi bir-birinə daha da yaxınlaşdırdığını söyləyiblər.

globalart.az/en

Sağ Banner

For questions regarding copyright protection, please contact us at this address:
info@globalart.az/en
When using materials from this website, it is mandatory to provide a hyperlink to the original article.
Tel: +994 50 201 98 17

GLOBAL Art © 2025. All rights reserved.

No Result
View All Result
  • INTERVIEWS
  • ART
  • GREAT PERSONALITIES
  • LIFESTYLE
  • FASHION
  • BEAUTY
  • ART CLUB
  • NEWS
    • POLITICS
    • SOCIETY
    • CULTURE
    • BUSINESS
    • SPORTS
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. All rights reserved.