• ABOUT US
  • ADVERTISEMENT
  • CONTACT US
Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • INTERVIEWS
  • ART
  • GREAT PERSONALITIES
  • LIFESTYLE
  • FASHION
  • BEAUTY
  • ART CLUB
  • NEWS
    • POLITICS
    • SOCIETY
    • CULTURE
    • BUSINESS
    • SPORTS
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

Nazir Ceyhun Bayramov Səmərqənd şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Baş Konfransının 43-cü sessiyasında çıxış edib

October 31, 2025
A A

31 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Baş Konfransının 43-cü sessiyasında çıxış edib.

globalart.az/en Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nazir Ceyhun Bayramov çıxışında qardaş Özbəkistana səmimi qonaqpərvərlik və yüksək səviyyədə təşkilatçılığa görə təşəkkürünü bildirib, BMT Nizamnaməsi və YUNESKO-nun Konstitusiyasının 80 illik yubileyinin çoxtərəflilik və sülh prinsiplərinə öhdəliyin vacibliyi və birgə dəyərlərə əsaslanan qlobal həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm tarixi mərhələ olduğunu vurğulayıb.

Azərbaycanın YUNESKO ilə tərəfdaşlığın mədəni irs və müxtəliflik, inklüziv təhsil, elmi tərəqqi və beynəlxalq həmrəyliyə dair ortaq öhdəliklərə əsaslandığı və donor ölkə olaraq mədəniyyət, elm, gənclərin imkanlarının genişləndirilməsi və mədəniyyətlərarası dialoq kimi sahələrdə irəli sürülən təşəbbüsləri dəstəklədiyi qeyd olunub.

Ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə xüsusi önəm verdiyi, 2008-ci ildə Bakıda irəli sürülən və YUNESKO tərəfindən dəstəklənən “Bakı Prosesi”nin bu istiqamətdə uğurlu nümunə kimi beynəlxalq səviyyədə tanındığı diqqətə çatdırılıb.

Azərbaycanın YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısında 24 elementlə dünyada ön sıralarda yer aldığı bildirilib.

Nazir Ceyhun Bayramov çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dağıdılmış mədəni irsinin bərpasının hökumətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb, bu prosesdə minalanmış ərazilərin böyük maneə yaratdığını qeyd edib.

Nazir, həmçinin təhsil sahəsində dayanıqlı inkişaf baxımından Azərbaycan tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 8 iyul 2023-cü il tarixli Fərmanı ilə təsis olunmuş Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı proqramı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının üzv ölkələrindən hər il 100 tələbəyə, ümumilikdə 5 il ərzində 500 tələbəyə Azərbaycanda təhsil almaq imkanı yaradıldığını bildirib.

Nazir çıxışında bundan əlavə, Azərbaycanda həyata keçirilən təhsil islahatlarına, rəqəmsal savadlılığa, gənclərimiz üçün Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat imkanlarına qoyulan sərmayələrə toxunaraq, 2030-cu ilin Gündəliyinə, xüsusilə də təhsil üzrə 4-cü dayanıqlı inkişaf məqsədinə böyük əhəmiyyət verildiyini və Azərbaycan-YUNESKO Etimad Fondu vasitəsilə də bir sıra layihələrin dəstəkləndiyini qeyd edib.

Çıxışının sonunda nazir YUNESKO-nun tərəfdaşlıq və anlaşmanın mühüm təşkilatı olmasını vurğulayaraq, heç bir regionun və ölkənin geridə qalmaması üçün birgə səylərin gücləndirilməsinə çağırış edib.

globalart.az/en

Sağ Banner

For questions regarding copyright protection, please contact us at this address:
info@globalart.az/en
When using materials from this website, it is mandatory to provide a hyperlink to the original article.
Tel: +994 50 201 98 17

GLOBAL Art © 2025. All rights reserved.

No Result
View All Result
  • INTERVIEWS
  • ART
  • GREAT PERSONALITIES
  • LIFESTYLE
  • FASHION
  • BEAUTY
  • ART CLUB
  • NEWS
    • POLITICS
    • SOCIETY
    • CULTURE
    • BUSINESS
    • SPORTS
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. All rights reserved.