Haqqımızda

Jamala Nakhchivani

Global Art Magazine – Qlobal Yaradıcılığın Səsidir (The Voice of Global Creativity).
Bizim platformada dünyanın müxtəlif guşələrindən güclü, ilhamverici və istedadlı səslər bir araya gəlir. Bu ideyanı beynəlxalq bir platformaya çeviririk.
Bu gün Global Art Magazine səhifələrində incəsənət dünyasının insanları ilə müsahibələr, yeni istedadların kəşfi, “yaşamaq sənəti”, global incəsənət, moda və gözəllik dünyasından, ictimayyətdən xəbərlər, eləcə də dünyanın tanınmış simalarının birləşdiyi unikal bir cəmiyyət tapacaqsınız. Hər bir məqalədə və hər bir söhbətdə — insanlara və onların “yaşamaq sənətinə” olan sevgimiz və maraq var.

 

Əziz oxucular!
Global Art Magazine — fikirlərin forma aldığı, istedadların tanındığı və oxucuların öz dərinliyini kəşf etdiyi platformadır. Mən inanıram ki, incəsənət zamanı və insanları birləşdirən universal bir dildir. Yeni yaranmış platformamız bu səslərin eşidildiyi bir səhnədir.
Global Art Magazine-ə xoş gəlmisiniz!
Oxuyun. Hiss edin. İlham alın!

Ən xoş arzularla,
Cəmalə Naxçıvani
Global Art Magazine-in təsisçisi və baş redaktoru