“Zəfərdən ilhamlanan gəncliklə gələcəyə” adlı konfrans keçirilib
A
A
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu Rayon Təşkilatı və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Noyabr — Zəfər Gününün beşinci ildönümü münasibətilə konfrans keçirilib.
globalart.az/ru xəbər verir ki, öncə Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra rəsmi çıxışlar dinlənilib.
Konfrans çərçivəsində həmçinin 8 Noyabr – Zəfər Gününə həsr olunmuş sərgiyə baxış keçirilib.
globalart.az/ru
