“Ailə, qadın və uşaq məsələləri media müstəvisində: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib
A
A
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Ailə, qadın və uşaq məsələləri media müstəvisində: çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib.
globalart.az/ru xəbər verir ki, konfrans çərçivəsində mövzu ilə əlaqədar panel sessiya üzrə müzakirələr aparılıb.
Daha sonra “1911-12-ci illərdə nəşr olunan “İşıq” qəzetinin transliterasiya edilmiş toplusu”nun təqdimat mərasimi baş tutub.
Davamında Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə jurnalistlər arasında elan edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb.
globalart.az/ru
