• О НАС
  • РЕКЛАМА
  • КОНТАКТЫ

Dili seçin

Azərbaycan dili English Русский
GLOBAL ART Magazine
  • ИНТЕРВЬЮ
  • ИСКУССТВО
  • ВЕЛИКИЕ ЛИЧНОСТИ
  • СТИЛЬ ЖИЗНИ
  • МОДА
  • КРАСОТА
  • АРТ КЛУБ
  • НОВОСТИ
  • ЕЩЁ
    • ПОЛИТИКА
    • ОБЩЕСТВО
    • КУЛЬТУРА
    • БИЗНЕС
    • СПОРТ
No Result
View All Result
GLOBAL ART Magazine
No Result
View All Result
Sol Banner

İqtisadiyyat nazirinin müavini İƏT-in Daimi Komitəsinin iclasında iştirak edib

4 ноября, 2025
A A

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin iclasında çıxış edib.

İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev Türkiyənin İstanbul şəhərində keçirilən İƏT-in İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 41-ci iclasında iştirak edib. 

globalart.az/ru xəbər verir ki, vurğulanıb ki, Azərbaycan İƏT-ə üzv dövlətlərlə çoxtərəfli əməkdaşlığın və iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə xüsusi önəm verir. Tədbirdə ixrac bazarlarının şaxələndirilməsi və qeyri-neft-qaz ixracının genişləndirilməsi istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, Avropa və İƏT bazarlarına çıxışı artıran layihələr barədə məlumat verilib. Qeyd edilib ki, kiçik və orta biznes ixracatçıları üçün mübadilə proqramlarının, sənaye, bərpa olunan enerji, kənd təsərrüfatı və digər sahələrdə birgə layihələrin həyata keçirilməsi mövcud iqtisadi və ticarət əlaqələrinin daha da güclənməsinə töhfə verə bilər.

Ölkəmizdə formalaşmış əlverişli biznes və investisiya mühiti, əməkdaşlıq üçün perspektiv istiqamətlər, sənaye zonalarının imkanları, eləcə də işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergi və gömrük güzəştləri, digər stimullaşdırıcı mexanizmlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Təşkilata üzv ölkələrin aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən iclasda “İƏT-2025: Fəaliyyət Proqramı”nın icrası, qlobal iqtisadi meyllərin İƏT-ə üzv ölkələrə təsiri, İƏT çərçivəsində ticarət əlaqələrinin inkişafı, iqtisadi əməkdaşlıqda özəl sektorun rolunun artırılması, maliyyə əməkdaşlığının dərinləşdirilməsi, nəqliyyat və rabitə infrastrukturunun təkmilləşdirilməsi və digər aktual məsələlər müzakirə edilib. İƏT-ə üzv ölkələrdə ixrac strategiyalarının hazırlanması və təkmilləşdirilməsi mövzusu ətrafında fikir mübadiləsi aparılıb.

globalart.az/ru

 

Sağ Banner
Globalart.az

По вопросам защиты авторских прав обращайтесь по этому адресу. При использовании материалов с сайта обязательна ссылка-гиперссылка на источник.

  • ИНТЕРВЬЮ
  • АРТ
  • ВЕЛИКИЕ ЛИЧНОСТИ
  • СТИЛЬ ЖИЗНИ
  • МОДА
  • КРАСОТА
  • АРТ КЛУБ
  • НОВОСТИ
  • ПОЛИТИКА
  • ОБЩЕСТВО
  • КУЛЬТУРА
  • БИЗНЕС
  • СПОРТ
  • О НАС
  • МЕДИА КОДЕКС
  • РЕКЛАМА
  • КОНТАКТЫ
  • КАРЬЕРА
  • ПОЛИТИКА КОНФИДЕНЦИАЛЬНОСТИ

Улица Джафара Джаббарлы, 44, Каспий Плаза, 2-й корпус, 5-й этаж

(+994 55) 201 98 17

(+994 55) 201 98 17

info@globalart.az

Все права защищены. Информационный портал Globalart © 2025
design by GlobalART

При использовании материалов с сайта обязательна ссылка-гиперссылка на источник.

© 2025 Информационный портал Globalart
No Result
View All Result
  • ИНТЕРВЬЮ
  • ИСКУССТВО
  • ВЕЛИКИЕ ЛИЧНОСТИ
  • СТИЛЬ ЖИЗНИ
  • МОДА
  • КРАСОТА
  • АРТ КЛУБ
  • НОВОСТИ
  • ЕЩЁ
    • ПОЛИТИКА
    • ОБЩЕСТВО
    • КУЛЬТУРА
    • БИЗНЕС
    • СПОРТ
Azərbaycan dili English Русский

GLOBAL Art © 2025. Все права защищены.