Mikayıl Cabbarov BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti ilə görüşüb
A
A
“Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərimiz çərçivəsində bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşdük”.
globalart.az/ru xəbər verir ki, bu sözləri bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov öz sosial hesabında paylaşıb.
Onun sözlərinə görə, enerji təchizatının təkmilləşdirilməsi, neft-qaz sahəsində kəşfiyyat və hasilat layihələrinin reallaşdırılması, Xəzər dənizi, Asiya və Afrika regionunda yeni bağlantıların qurulması və investisiya potensialının dəyərləndirilməsi imkanları nəzərdən keçirilib.
Görüşdə SOCAR və BP arasında birgə fəaliyyətin diversifikasiyasının etibarlı tərəfdaşlıq və gücləndirilmiş regional sinerji əsasında qarşılıqlı perspektivləri vurğulanıb.
globalart.az/ru
