Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən sahələr üzrə əlavə dəyərin artımı müsbət olub
A
A
Cari ilin doqquz ayında qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən sahələr üzrə əlavə dəyərin artımı müsbət olub.
globalart.az/ru “AZƏRTAC”a istinadən xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 4-də keçirilən iclasında söyləyib.
Belə ki, sənaye sektorunda artım 5 faiz, turizm və ictimai iaşə sahəsində 9,3 faiz, informasiya və rabitə sahəsində 6,7 faiz, ticarət sahəsində 3,2 faiz, nəqliyyat sektorunda isə 2,1 faiz təşkil edib.
globalart.az/ru
