“Qələbə havası” veloyürüşü başa çatıb
A
A
Dənizkənarı Milli Parkın ərazisində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və “APAR ride” velosiped şirkətinin təşkilatçılığı ilə keçirilən “Qələbə havası” veloyürüşü uğurla yekunlaşıb.
globalart.az/ru Fonda istinadən xəbər verir ki, veloyürüşdə müxtəlif ali və orta ixtisas təhsil müəssisələrini təmsil edən 150-dən çox gənc iştirak edib.
Marşrutun sonunda, Dövlət Bayrağı Meydanı yaxınlığında gənclər üçün “Zəfər abu-havası” adlı kiçikmiqyaslı musiqili konsert proqramı təşkil olunub. Konsertdə vətənpərvərlik mövzusunda ifalar səsləndirilib.
globalart.az/ru
