“YAŞAT” Fonduna 95 milyon 151 min manat pul toplanıb
A
A
İndiyə qədər “YAŞAT” Fonduna 95 milyon 151 min 480 manat 84 qəpik pul toplanıb. Həmin məbləğin 93 milyon 213 min 8 manat 56 qəpiyi müvafiq istiqamətlər üzrə xərclənib.
globalart.az/ru xəbər verir ki, bu barədə “AZƏRTAC”a “YAŞAT” Fondundan məlumat verilib.Qeyd edək ki, noyabrın 6-da İctimai Televiziyada “YAŞAT” Xeyriyyə Marafonu keçiriləcək.
Xatırladaq ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) Prezident İlham Əliyevin 2020-ci il dekabrın 8-də imzaladığı Fərman ilə yaradılıb.
globalart.az/ru
