Global Art
XəBəRLəR

2027-ci il "Avroviziya" Mahnı Müsabiqəsinin keçiriləcəyi şəhər məlum oldu

2027-ci il "Avroviziya" Mahnı Müsabiqəsinin keçiriləcəyi şəhər məlum oldu

2027-ci il "Avroviziya" Mahnı Müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək.

Global Art Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi (EBU) "Facebook" hesabında məlumat verib.

"Avroviziya" Burqasa gedir! 71-ci "Avroviziya" Mahnı Müsabiqəsi Bolqarıstanın gözəl Qara dəniz sahilində keçiriləcək", - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, müsabiqənin yarımfinalları 11 və 13 mayda, finalı isə 15 mayda keçiriləcək. Həmçinin Sofiya, Plovdiv və Varnada da müsabiqəyə həsr olunmuş tədbirlər baş tutacaq.

2027-ci il "Avroviziya" Mahnı Müsabiqəsi sayca 71-ci olacaq və müğənni Daranın ifasında "Bangaranga" mahnısı ilə 2026-cı ildə Vyanada qalib gələn Bolqarıstanda ilk dəfə keçiriləcək.

Bu kompozisiya 516 xal toplamışdı ki, bu da ikinci yeri tutan İsraildən olan rəqibindən 173 xal çox idi. Rumıniya təmsilçisi isə üçüncü yeri tutmuşdu.

Daha çox