Haqqımızda
Global Art jurnalımızın səhifələrində incəsənət dünyasının insanları ilə müsahibələr, yeni istedadların kəşfi, "yaşamaq sənəti", global incəsənət, moda və gözəllik dünyasından xəbərlər, eləcə də dünyanın tanınmış simalarının birləşdiyi unikal bir cəmiyyət tapacaqsınız. Hər bir məqalədə və hər bir söhbətdə — insanlara və onların "yaşamaq sənətinə" olan sevgimiz və maraq var.
—
Əziz oxucular!
2017-ci ildə Art & Creativity Club mərkəzini qurduğum zaman mənim arzum elə bir məkana və təhsil platformasına sahib olmaq idi ki, sənət burada təkcə öyrənilən sahəyə yox, həm də həyat tərzinə və fəlsəfəsinə çevrilsin. Bura yaradıcı insanları bir araya gətirən, yaşından asılı olmayaraq hər kəsi ilhamlandıran bir məkandır.
Global Art Magazine — bu arzunun davamıdır. Bu sadəcə jurnal deyil. Bu, bir səsdir. Fikirlərin forma aldığı, istedadların tanındığı və oxucuların öz dərinliyini kəşf etdiyi platformadır.
Mən inanıram ki, incəsənət zamanı və insanları birləşdirən universal bir dildir. Jurnalımız bu səslərin eşidildiyi bir səhnədir.
Global Art jurnalına xoş gəlmisiniz!
Oxuyun. Hiss edin. İlham alın!
Ən xoş arzularla,
Cəmalə Naxçıvani
Global Art Magazine-in təsisçisi və baş redaktoru