Global Art
XəBəRLəR

Şair də möcüzə göstərməlidir: şair Vaqif Hüseynovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib

Şair də möcüzə göstərməlidir: şair Vaqif Hüseynovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair, publisist Vaqif Hüseynovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirlib.

Global Art-a verildiyi ekskluziv məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Vaqif Hüseynovun yaradıcılığından, şərəfli ömür yolundan danışıb, onun region qəzetinin redaktoru, cəsarətli jurnalist kimi fəaliyyəti haqqında əldə etdiyi məlumatlardan təsirləndiyini bildirib və tədbiri aparmaq üçün sözü Milli Məclisin deputatı, AYB İdarə Heyətinin və Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Elçin Mirzəbəyliyə verib.

Dayısı Vaqif Hüseynov haqqında düşüncələrini və xatirələrini tədbir iştirakçıları ilə bölüşən Elçin Mirzəbəyli onun jurnalist kimi fəaliyyətinin, şair, publisist və dramaturq kimi yaradıcılığının regional sərhədləri aşdığını, ölkə əhəmiyyətli olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov Vaqif Hüseynovun 1970-ci illərdə Masallıda yayımlanan “Çağırış” qəzetinin redaktoru kimi uğurlu fəaliyyətindən, qətiyyətli mövqeyindən söz açıb, həmin dövrdə rayon rəhbərliyi tərəfindən Vaqif Hüseynova göstərilən təzyiqlərin onun qətiyyətli mövqeyini dəyişə bilmədiyini vurğulayıb.

Tədbirdə Milli Məclisin deputatları – tarix elmləri doktoru Vasif Qafarov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, siyasi elmlər doktoru Elman Nəsirov, həmçinin digər iştirakçı qonaqlar - yazıçı Yaşar Rzayev, yazıçı-dramaturq Hüseynbala Mirələmov, AMEA-nın şöbə müdiri, professor İslam Qəribli, filologiya elmləri doktoru Ağacəfər Həsənli, yazıçı Nurəddin Muğanlı Vaqif Hüseynovun yaradıcılığından söz açıblar, onun qısa ömür yaşamasına baxmayaraq, poeziyası, publisistikası və ləyaqətli ömür yolu ilə özündən sonra böyük bir mənəvi irs miras saxladığını bildiriblər.

Şairin nəvəsi, iqtisad elmləri namizədi, dosent, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitunun Beynəlxalq Jurnalistika fakültəsinin dekan müavini, reklam və ictimaiyyətlə əlaqələr kafedrasının müdiri Nigar Məsumova babasının yaradıcılığından, şərəfli ömür yolundan söz açıb və şair Vaqif Hüseynovun parlaq poeziya nümunələrinin dərsliklərə salınmasını arzuladığını bildirib.

Tədbirdə bədii qiraət ustaları Müşfiqə Baladdinqızı və Nübar Abiyeva Vaqif Hüseynovun şeirlərini səsləndiriblər.

Tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürlərini bildirən Vaqif Hüseynovun qızı, filoloq Xalidə Vaqifqızı Vaqif Hüseynovun şeirlərindən nümunələr səsləndirib, şairin ədəbi irsinin dərindən araşdırılmasına böyük ehtiyac duyulduğunu, bunun müasir Azərbaycan ədəbiyyatının tədqiqi və dilçilik baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Yekun sözü ilə çıxış edən millət vəkili Elçin Mirzəbəyli Vaqif Hüseynovun şərəfli ömür yolunun onu tanıyanlar və sevənlər üçün nümunə olduğunu bildirib.

Global Art

Şair də möcüzə göstərməlidir: şair Vaqif Hüseynovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib — 1 Şair də möcüzə göstərməlidir: şair Vaqif Hüseynovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib — 2 Şair də möcüzə göstərməlidir: şair Vaqif Hüseynovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib — 3 Şair də möcüzə göstərməlidir: şair Vaqif Hüseynovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib — 4 Şair də möcüzə göstərməlidir: şair Vaqif Hüseynovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib — 5

Daha çox