Cari ilin yanvar-iyun aylarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 120 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 91,6 milyon dollar və ya 43,3 faiz azdır.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın iyul sayında bildirilib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixrac gəlirləri 211,6 milyon dollar olub.