"AZCON Holding" şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib.
Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə qonaqlara qurumun biznes ehtiyacları, prioritet fəaliyyət istiqamətləri, eləcə də orta və uzunmüddətli inkişaf proqramları barədə ətraflı məlumat verilib.
Tərəflər müasir çağırışlara cavab verən, səmərəli və dayanıqlı donanmanın formalaşdırılması istiqamətində həyata keçirilən tədbirləri müzakirə ediblər. Görüşdə, həmçinin yaşıl gəmiçilik, dekarbonizasiya və rəqəmsal həllərin tətbiqi ilə bağlı nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Asiya İnkişaf Bankının nümayəndələri ASCO-nun strateji inkişaf hədəflərini yüksək qiymətləndirərək, bu istiqamətdə reallaşdırılacaq layihələrə dəstək göstərməyə və əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildiriblər.
Görüşdən sonra nümayəndə heyəti ASCO-nun inzibati binasında fəaliyyət göstərən “Üç əsrin şahidi” muzeyini ziyarət edib, Azərbaycanın gəmiçilik tarixi və zəngin dənizçilik irsi ilə yaxından tanış olub.
Global Art