Yetmiş il əvvəl - 1956-cı il avqustun 21-də Avropanın aparıcı xəbər agentlikləri Strasburq şəhərində vahid platformada birləşərək Avropa Xəbər Agentlikləri Alyansının (EANA) əsasını qoydular. Bir neçə agentlik arasında əməkdaşlıq forumu kimi fəaliyyətə başlayan bu təşkilat sonradan böyük bir şəbəkəyə çevrilib.
Bu gün EANA Helsinkidən Nikosiyaya, Lissabondan Bakıya qədər geniş coğrafiyanı əhatə edir. Alyans 33 ölkədən 33 üzv təşkilatı və 670 milyondan çox insanı təmsil edən aparıcı xəbər agentlikləri şəbəkəsidir.
Yeddi onillik keçməsinə baxmayaraq, EANA-nın yaradılmasına ilham verən üzv agentliklərin ümumi maraqlarını qorumaq, qərəzsiz xəbər təminatçısı kimi fəaliyyət göstərməsini təmin etmək, demokratik cəmiyyətlərin əsas sütunlarından biri olan mətbuat azadlığını dəstəkləmək kimi təməl prinsiplər bu gün də onun missiyasının əsasında dayanır.