Global Art
XəBəRLəR

Azərbaycan BƏƏ-nin dövlət nazirinin BMT-nin Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək təşəbbüsünü alqışlayır

Azərbaycan BƏƏ-nin dövlət nazirinin BMT-nin Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək təşəbbüsünü alqışlayır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Lana Zəki Nusseibehin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək təşəbbüsünü alqışlayırıq.

Global Art AZƏRTAC-a istinadən xəbər verir ki, bu bardə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə jurnalistlərin sualına cavabında bildirib.

O deyib ki, Azərbaycan namizədlərin peşəkar keyfiyyətlərinə, diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT Nizamnaməsinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini vurğulayır.

“Ümid edirik ki, bu proses daha güclü, səmərəli və müasir çağırışlara çevik reaksiya verən Birləşmiş Millətlər Təşkilatının formalaşmasına töhfə verəcək nəticə ilə yekunlaşacaq”,- deyə A.Hacızadə vurğulayıb.

Daha çox